yalnış addım atmaq (səhv etmək)

to make a bad break сделать ложный шаг (совершить ошибку)
yalı artıq düşmək
yalnız
OBASTAN VİKİ
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Addım
Addım — çox qədim vaxtlardan bu günə qədər xalq arasında geniş işlənən və təxminən 1 m-ə bərabər uzunluq ölçüsü vahididir. Çox güman ki, qədim insanlar yeriyərkən addımlarını saymağa başlamış və sonra da bundan ölçü vahidi kimi istifadə etmişlər. Bəlkə də insanların istifadə etdikləri ilk uzunluq ölçü vahidi elə addım olmuşdur. Bu gümanın gerçək hesab olunması üçün hər cür əsas vardır. İstər Azərbaycan şifahi xalq ədəbiyyatında, istərsə də klassik yazılı ədəbiyyatda addım sözünə tez-tez rast gəlinməsi də ondan uzunluq ölçüsü vahidi kimi xalq arasında geniş şəkildə istifadə olunduğunu göstərir: "Eni də az olsa, on beş-iyirmi addım var". On addım kənarda yatmayır təkə, Gəzinir oylağa baş çəkə-çəkə. Addım təkcə Azərbaycanda deyil, digər türk xalqlarında da işlənmişdir (Türkdilli xalqlardan bəziləri addıma qədəm deyirlər. Bu söz Azərbaycanda da işlənir. Evə gələn gəlinə də, qonağa da "qədəmi sayalı olsun" - deyirlər). Addım haqqında ayrı-ayrı ədəbiyyatlarda verilən bilgilər bəzən bir-birinə yaxın olsalar da, onların arasında kəskin fərqlənmələr də vardır.
Səhv səcdəsi
İki halda namazın salamından sonra insan gərək bir cüt səhv səcdəsi sonradan deyiləcək göstərişlə yerinə yetirsin: Təşəhhüdü unutsa. Dörd rəkətli namazda ikinci səcdəyə getdikdən sonra, dörd ilə beş və ya dörd ilə altı rəkət qıldığı barədə şəkk edərsə. Üç halda isə, vacib ehtiyata əsasən səcdeyi səhv lazımdır: Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına baxmayaraq, ümumi halda namazda bir şeyin səhvən əskik və ya artıq yerinə yetirildiyini bilirsə. Namaz əsnasında səhvən danışsa. Namazın salamını verməli olmadığı yerdə məsələn, birinci rəkətdə səhvən salam versə. Əgər bir səcdəni unudarsa və ayağa qalxması lazım olan yerdə, məsələn; Həmd və surəni oxuması lazım olan yerdə səhvən oturarsa, yaxud oturması lazım olan yerdə, məsələn; təşəhhüd etməsi lazım olan yerdə səhvən ayağa qalxarsa, iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Hətta namazda səhvən yerinə yetirdiyi çoxluq və azlıq üçün iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Bu bir neçə surətin hökmləri gələcək məsələlərdə izah olunacaq. Əgər insan səhvən və ya namazın qurtardığını xəyal edib danışsa, gərək ehtiyata əsasən bir cüt səhv səcdəsi yerinə yetirsin. Öskürəkdən peyda olan səs üçün, səhv səcdəsi vacib deyildir, amma səhvən nalə çəksə, ya "ah" çəksə və ya "ah" desə, gərək vacib ehtiyata əsasən səhv səcdəsi etsin.
Addım, addım (film, 2002)
Şeytana daş atmaq
Şeytana daş atmaq (ərəb. جمرة العقبة‎) — İslam dinində Həcc ziyarəti zamanı gercəkləşdirilməli olan mərasimlərdən biri.
Addım mühərriki
Addım mühərriki impulsla işləyən sinxron elektrik mühərrikidir. Rotor dolaqlarını həyacanlandırmaq üçün verilən cərəyan impulsu bu mühərrikdə diskret (addım) yerdəyişmələrə çevrilir. Addım mühərrikləri konstruksiyasına görə məlum qütblü, naməlum qütblü, yumşaq maqnit materialından hazırlanmış dolaqsız rotorlu (reaktiv rotor) və sərt maqnit materialdan hazırlanmış rotorlu (aktiv rotorlu) olaraq fərqlənirlər. Komutatordan keçən cərəyan impulsu ardıcıl olaraq dolağa ötürülür və bunun sayəsində stator qütbləri arasında maqnit cərəyanın istiqaməti diskret dəyişilir (şəkil 1). Nəticədə, rotor addım adlanan müəyyən bucağı qədər dönür. Mühərriki işlətmək üçün verilən siqnallar binar şəklində olur. Bu siqnallardan biri addım, digəri isə fırlanma istiqaməti üçün cavabdehdir. İmpulsların sayı rotorun ümumi dönmə bucağını və bununla əlaqədə olduğu ötürmənin gediş yolunu müəyyən edir. Addım mühərrikləri 1kVt-a qədər güc və aşağı dövrlər sayında (500 1/dövr) əlverişli tətbiq oluna bilirlər. Bu mühərriklərin addımı dolağın və rotordakı çıxışların sayından asılıdır.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Birinci Addım (roman)
Birinci Addım — Qaraqanın 2013-ci ildə nəşr olunmuş romanı. == Məzmun == Salam! Dost, bilmirəm bu oxuduğun ilk kitabımdır, ya artıq dəfələrlə həmsöhbət olmuşuq. Bil­mi­rəm məni nə dərəcədə yaxşı tanıyırsan. Sənin gö­zündə özün­­dənrazı və şöhrətpərəst bir ulduz, yox­sa sevdiyin, özü­­nə yaxın saydığın bir insanam? Bilmirəm, bu kitabı al­mısan, ya kimdənsə təsadüfən götürmüsən, ya da kitab dükanında açıb ilk cümlələri oxuyursan. Bilmirəm, ümumiyyətlə, kitab oxumaq həvəskarısan, yoxsa sənin gözündə bu boş bir şeydir. Bilmirəm... Amma sənə bir şeyi danışmaq istəyirəm. Bu aralar mənim həyatımda qəribə bir şey baş verdi.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Axırıncı addım (film, 1989)
Axırıncı addım filmi rejissor Yavər Rzayev tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film cəmiyyət üçün ən təhlükəli problemlərdən birinə-özünəqəsdə, onun sosial köklərinin araşdırılmasına həsr olunmuşdur. Film cəmiyyət üçün ən təhlükəli problemlərdən birinə-özünəqəsdə, onun sosial köklərinin araşdırılmasına həsr olunmuşdur. 1991-ci ildə Bakıda Azərbaycan filmlərinin I festival-müsabiqəsi Ən yaxşı sənədli filmə görə Priz və Ən yaxşı operator işinə görə Priz almışdır. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Bir addım (film, 2009)
Bir addım ― qısametrajlı bədii film. Rejissorlar Fariz Əhmədov və Nərgiz Bağırzadə tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. "İmper Qrup" Prodüser Mərkəzində istehsal edilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran — 2008" müsabiqəsinin qalib kinolayihəsidir. Qarabağ müharibəsində gözlərini itirmiş Yusif adlı gəncin həyat hekayəsindən bəhs edir. Əsas rolları Gülzar Qurbanova, Pərviz Məmmədrzayev və Nərminə Kərimova ifa edirlər. 2010-cu ildə Ukraynanın İrpen şəhərində keçirilən VIII Beynəlxalq "İrpen" kinofestivalının "Peşəkar" bölməsində ikinci yerə layiq görülüb. == Məzmun == Film Qarabağ müharibəsində gözlərini itirmiş Yusif adlı gəncin həyat hekayəsindən bəhs edir. Yusifin həyat yoldaşı Nisə ömür-gün yoldaşının göz əməliyyatına pul toplamaq üçün gecə-gündüz işləyir. Belə həyat tərzindən bezən Yusif intihar etmək qərarına gəlir.
Sonuncu addım (film, 2001)
Sonuncu addım (Rom: Chori Chori Chupke Chupke; hind: चोरी चोरी चुपके चुपके; Urdu: چوری چوری چپکے چپکے) — 2001-ci ildə Bollivudda istehsal olunan melodram filmidir. Sənaye maqnatı Kailaşnat Malhotranın (Amrish Puri) nəvəsi Rac (Salman Xan), dostunun toyunda Priya (Rani Mukherci) ilə görüşənə qədər nəyin bahasına olursa olsun evlilik mövzusundan qaçırdı. Onların qohumları dərhal nəvələrinin uşağını görmək arzusunda olan Kailaşnat Malhotra üçün xüsusilə xoşbəxtlik hadisəsi sayılan toyla razılaşırlar. Toydan az sonra ailə həkimi Priyanın uşaq gözlədiyini bildirir. Ancaq ailədəki sevinc uzun sürmür - tezliklə qəza nəticəsində Priya övladını itirir və bundan əlavə, həkim Raca bundan sonra bir daha uşaq sahibi ola bilməyəcəklərini bildirir. Onlar bu kədərli xəbəri ailədən gizlətməyə qərar verirlər. Racın ailəsinin uşaq arzusunda olduğunu bilən Priya onu başqası ilə evlənməyə razı salmağa çalışır, lakin Rac bu barədə eşitmək belə istəmir. O, belə olan vəziyyətdə bir uşağı övladlığa götürməyi təklif edir, lakin Priya uşaq sahibi ola biləcəyi üçün uşağın Racdan olmasının lazım olduğuna inanır və Racı onlar üçün uşaq dünyaya gətirməyə hazır olan surroqat ana tapmağa inandırır. Bir gecə klubunun rəqqasəsi olan Madhubala (Preity Zinta) surroqat ana olmağa razılaşır. Bu planını ailəsindən gizlətmək üçün Rac Priya və Madhu ilə İsveçrəyə getməyə və körpə ilə qayıtmağa qərar verir.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Taca doğru addım (film, 1985)
Filmin mərkəzində Vilnüsdə keçirilən şahmat üzrə final yarışı durur.
Annanı kəşf etmək (serial, 2022)
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Cümhuriyyətə doğru üç addım (film, 2008)
Film Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə ithaf olunub. Filmdə şərqdə ilk demokratik dövlət olan Azərbaycan Cumhuriyyətinin qurulmasında Gəncənin rolundan bəhs edilir. Filmdə ilk dəfə olaraq bəstəkar Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirov tərəfindən bəstələnən, Nuru Paşanın şərəfinə 1919-cu ildə Gəncədə səsləndirilmiş "Türk marşı" da yer almışdır. Titrlərdə "film" əvəzinə flim yazılmışdır.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.
Sıravi Rayanı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sıravi Raynı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992)
Rejissorun bu filmini modern rejissor işi adlandırmaq olar. Film Ruhi Xəstəliklər Xəstəxanasında çəkilmişdir. Müəlliflər burada müalicə olunan ruhi xəstələri dəli kimi deyil, əsl ağıllı insanlar kimi göstərməyə çalışmışlar. 1) 1992-ci ildə Aşqabadda I Beynəlxalq "Gümüş Aypara" kinofestivalı Filmə Baş Mükafat və Diplom verilmişdir. 2) 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi Ən yaxşı sənədli filmə görə rejissor Yavər Rzayevə Priz və Diplom verilmişdir. Ən yaxşı operator işinə görə Rafiq Quliyevə və İsrafil Ağazadəyə Priz və Diplom verilmişdir. Rejissor: Yavər Rzayev Ssenari müəllifi: Yavər Rzayev Operator: Rafiq Quliyev, İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Bəstəkar: Eldar Mansurov Səs operatoru: Marat İsgəndərov, Teymur Abdullayev Məsləhətçi: Ağabəy Sultanov Prodüser: Cavanşir Kamandar, Anatollu Qasımov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Ölümcül döyüş 2: Məhv etmək (film, 1997)
Ölümcül döyüş 2: Məhv etmək (ing. Mortal Kombat: Annihilation) — 1997-ci ildə rejissor Con R. Leonetti tərəfindən çəkilən fantastik döyüş filmidir. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. Liu Keng və Dünyadan (ing. Earthrealm) seçilən bir neçə yaxşı döyüşçü "Ölümcül döyüş" turnirində Xarici Dünyanın (ing. Outworld) cadugəri Şanq Tsunqu məğlub etdikdən sonra zəfərlərini qeyd edirlər. Lakin bu zaman Xarici Dünyanın döyüşçüləri Dünyaya hücum edirlər. Şao Kann müqəddəs qanunları pozaraq Yer kürəsini ələ keçirmək istəyir. İmperator Şao Kann Kitananın anası olan Sindeli dəstəsinə kraliça olaraq seçmişdir. Xarici Dünyanın İmperatoru Şao Kann və onun dəstəsi Dünyaya enməyə başlayırlar.
Yer ətrafında 80 günə səyahət etmək (film, 2004)
80 gün dünya ətrafında (ing. Around the World in 80 Days) — film Jül Vern-nin məşhur romanı əsasında Frank Koracinin rejissorluğu ilə çəkilmişdir. Film ingilis bankının naməlum bir Çinlinin (sonradan Lao Şin olduğu ortaya çıxır) qarət etməsindən başlayır. Polisdən gizlənmək üçün, Paspartu adı ilə 50 mil sürət maneəsini qırmağa çalışan gənc bir alim Filyas Foq-a xidmət edir. Uğurlu bir təcrübədən sonra onlar Kral Elmlər Akademiyasına göndərilir, lakin Foq Britaniyanın "ən yaxşı ağılları" nın, xüsusən də hər şey artıq açıq olduğundan, daha da irəliləməyin cəfəngiyat olduğuna inanan lütfkar Lord Kelvinin istehza obyektinə çevrilir. Həmin iclasda soyğunçuluqdan da bəhs olunur. Bundan hirslənən Foq, bankın qarət olunduğuna sevindiyini və oğrunun xidmətçisinin çox maraqlandığı bir ay ərzində Çinə çatacağını iddia edir. Kelvin və Foq mərc girilər. Foq-un qələbəsi ilə Lord Kelvin qarşılığında Elm naziri olacaq; itkisi halında laboratoriyasını məhv etməyə və elmi fəaliyyətdən tamamilə çəkilməyə məcbur olacaqdır. Foq evinə qayıtmaq üçün isti xasiyyətindən və tələskənliyindən təəssüflənsə də, Paspartu onu Foq'un edə biləcəyinə inandırır.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi - 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. 1991-ci ildə SSRİ hərtərəfli dərin böhran keçirirdi. Bir necə ittifaq dövlətləri artıq özlərinin dövlət müstəqilliklərini elan etmişdilər. Azərbaycanın da daxil olduğu yerdə qalan dövlətlər isə artıq bu yolda mühüm addımlar atmağa başlamışdılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi də bu yolda atılmış ən mühüm addımlardan biridir. Bəyannamənin qəbulundan əvvəl Azərbaycan Ali Soveti Bəytannamənin qəbul edilməsi barədə qərar qəbul etdi: Bəyannamənin özü və onun hazırlanması barədə Ali Sovetdə qərarlar hazırlanan zaman onun sədri Elmira Qafarova olmuşdur.